
Zəngin kitabxana
Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.
Naxçıvan Tibb Kolleci 1931-ci il sentyabr ayının 5-də Naxçıvan Tibb Texnikumu adı altında feldşer ixtisası ilə fəaliyyətə başlayıb. 1933/1934-cü tədris ilində 3 yeni ixtisas - mamalıq, tibb bacısı, farmaseft açılmışdır. 1935-ci ildə Naxçıvan Tibb Texnikumunun adı dəyişdirilərək Naxçıvan Tibb Bacısı Məktəbi adlandırılmışdır. 1947-ci ildə Feldşer Məktəbi, 1954-cü ildə Feldşer - Mamalıq məktəbi, sonra Naxçıvan Tibb Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli Sərəncamı ilə Naxçıvan Tibb Məktəbi Naxçıvan Tibb Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Baş Nazirinin 31 iyul 2023-cü il tarixli № 250 Qərarına əsasən Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmişdir. Kollecdə tədris dili dövlət dili - Azərbaycan dilidir. Təhsilalma forması əyanidir. Təhsil müddəti tam orta təhsil bazasından qəbul olunanlar üçün 2,6-3 ildir. Kollecin tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunub. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.
Keyfiyyətli təhsil üçün beynəlxalq akkreditə olunmuş proqramlarımız var.
Tələbələrimiz üçün tam təchiz olunmuş laboratoriyalar və avadanlıqlar mövcuddur.
Tibb, reabilitasiya, ictimai sağlamlıq və biotibbi elmlər üzrə proqramlarla dərəcələr təklif edir və tələbələrimiz birlikdə xəstələri müalicə edirlər.
Məzunlarımız ən yüksək işəgötürmə faizlərindən birinə malikdirlər.
Qlobal Tərəfdaşlıqlar Dünyanın ən yaxşı universitetləri və tibb müəssisələri ilə əlaqələrimiz var.
Səhiyyə sahəsində ixtisasın yeri: Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qa…
ƏtraflıSəhiyyə sahəsində ixtisasın yeri: Ortopedik stomatologiya şöbəsinin məzunları stomatoloji…
ƏtraflıSəhiyyə sahəsində ixtisasın yeri: Əczaçı (provizor köməkçisi) apteklərdə, tibbi alətlər, …
ƏtraflıSəhiyyə sahəsində ixtisasın yeri: Müasir tələblərə cavab verən hərbi tibbi kadrlar
Ətraflı10 Mart 2025
19
7 mart 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kolleci Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" olması ilə əlaqədar "Vətəndaş Zəkası" adlı intellektual yarış keçirilmişdir.14 komandanın iştirak etdiyi yarışda,1-ci yerin qalibi 144 Tibb bacısı (qardaşı) işi ixtisasının tələbələrindən ibarət "Qrifon" 2-ci yerin...
26 Fevral 2025
25
26 fevral 2025-cil il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.Tədbirdə Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, kollecin tələbələri Hüseynova Xəyalə, Xəlilli Nəcibə, Qasımlı Məmməd,Hüseynova Mələk, Hüseynova Günay,Fərhadova Zəruba şerlər və çıxışlar səsləndirmiş, kollecin Tələbə...
21 Fevral 2025
28
21 fevral 2025-cil il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində ’’21 fevral-Beynəlxalq Ana Dili Günü’’nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq,bu günün önəm və mahiyyəti haqqında tələbələrə məlumat vermişdir. Beynəlxalq Ana Dili Günü hər il 21 fevralda qeyd olunur. Bu günün...
18 Fevral 2025
29
18 fevral 2025-cil il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi birliyimizin, həmrəyliyimizin və...