14 may 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü və “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “İlk Tibbi Yardım” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə kollecin direktor vəzifələrini müvəqqəti icra edən Səidə Şahverdiyeva çıxış edərək vaxtında və düzgün göstərilən ilk tibbi yardımın insan həyatının xilas edilməsində mühüm rol oynadığını vurğulamışdır.
Daha sonra kollecin tələbələri müxtəlif mövzular üzrə ilk tibbi yardım qaydalarını nümayiş etdirmişlər. Təqdim olunan mövzular arasında ürəyin qapalı masajı və süni tənəffüs, ilan və həşərat sancmaları, sınıq, çıxıq və burxulmalar, qanaxmalar, asfiksiya, suda batma, anafilaktik şok, zəhərlənmələr, uzunmüddətli sıxılma sindromu (kraş sindromu), epilepsiya, bayılma, hipoqlikemik və hiperqlikemik komalar, günvurma, donvurma, yanıqlar, botulizm, tetanus və travmalar zamanı göstərilən ilk tibbi yardım tədbirləri yer almışdır.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış, tələbələr praktik bilik və bacarıqlarını nümayiş etdirərək maarifləndirici çıxışlar etmişlər.