12 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyi və 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan olunmasına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirin əvvəlində "Hərbi-feldşer işi" ixtisasının tələbələri tərəfindən döyüş bölgəsindən yaralıların təxliyyəsi və yaralanmalar zamanı göstərilən ilkin tibbi yardımın təqdimatı nümayiş etdirilmişdir. Ardınca kollecin müxtəlif ixtisaslarında təhsil alan tələbələr tərəfindən bir sıra fövqəladə hallarda — ürəyin qapalı masajı və süni tənəffüs, ilan və həşərat sancmaları, sınıq, çıxıq, burxulma, müxtəlif növ qanaxmalar, asfiksiya, suda boğulma, anaflaktik şok, zəhərlənmələr, uzunmüddətli sıxılma sindromu (kraş), epilepsiya, bayılma, hipo- və hiperglikemik komalar, günvurma, donvurma, yanıqlar, botulizm, tetanus və tiraj mövzuları üzrə ilkin tibbi yardım tədbirləri təqdim edilmişdir.