Aprel
21
21 Mart -Beynəlxalq Daun Sindromlu İnsanlar Günü
Daun sindromu ilə əlaqədar təqvim günü ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq simpoziumda Avropa və ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromlu İnsanların Günü elan olunub.
Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 xrosom olur. Artıq olan 1 xromosom isə qeyri-cinsi xromosom hesab edilir. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur.
Daun Sindromu və Fərqindəlik gününün mart ayının 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Həmin gün təqvimdə öz əksini üçüncü ayın 21-ci günü kimi tapıb.
Bu uşaqlar bir-birilərinə çox bənzəyirlər. Elə buna görə də sindroma “monqolizm” də deyilir. Yəni uşaqlar xüsusilə göz quruluşuna görə monqollara bənzədilirlər. Amma problem uşağın simasında yox, əqli inkişafındadır. Belə ki, bu sindromu daşıyan əksər uşaqlarda intellektual inkişafda geriqalmalar müşahidə olunur. Amma bu sindromun da yüngül, orta, ağır dərəcələri var. Daun sindromu mövzusunda iki şey çox dəqiqdir. Birincisi, Daun sindromunun qaynağı ana-ata deyil və hamiləliyin əvvəlində və ya hamiləlikdə olan heç birşey uşağın Daun sindromlu doğulmasına səbəb ola bilməz. İkincisi isə, digər uşaqlar kimi Daun sindromlu uşaqların özünəməxsus düşüncələri, bacarıqları olur. Sonrakı uşağın Daun sindromlu olması riski yüksək deyil, ancaq istisnalar vardır.