Zəngin kitabxana
Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.
Naxçıvan Tibb Kolleci 1931-ci il sentyabr ayının 5-də Naxçıvan Tibb Texnikumu adı altında feldşer ixtisası ilə fəaliyyətə başlayıb. 1933/1934-cü tədris ilində 3 yeni ixtisas - mamalıq, tibb bacısı, farmaseft açılmışdır. 1935-ci ildə Naxçıvan Tibb Texnikumunun adı dəyişdirilərək Naxçıvan Tibb Bacısı Məktəbi adlandırılmışdır. 1947-ci ildə Feldşer Məktəbi, 1954-cü ildə Feldşer - Mamalıq məktəbi, sonra Naxçıvan Tibb Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli Sərəncamı ilə Naxçıvan Tibb Məktəbi Naxçıvan Tibb Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Baş Nazirinin 31 iyul 2023-cü il tarixli № 250 Qərarına əsasən Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmişdir. Kollecdə tədris dili dövlət dili - Azərbaycan dilidir. Təhsilalma forması əyanidir. Təhsil müddəti tam orta təhsil bazasından qəbul olunanlar üçün 2,6-3 ildir. Kollecin tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunub. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.
Keyfiyyətli təhsil üçün beynəlxalq akkreditə olunmuş proqramlarımız var.
Tələbələrimiz üçün tam təchiz olunmuş laboratoriyalar və avadanlıqlar mövcuddur.
Tibb, reabilitasiya, ictimai sağlamlıq və biotibbi elmlər üzrə proqramlarla dərəcələr təklif edir və tələbələrimiz birlikdə xəstələri müalicə edirlər.
Məzunlarımız ən yüksək işəgötürmə faizlərindən birinə malikdirlər.
Qlobal Tərəfdaşlıqlar Dünyanın ən yaxşı universitetləri və tibb müəssisələri ilə əlaqələrimiz var.
Səhiyyə sahəsində ixtisasın yeri: Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qa…
Ətraflı
Səhiyyə sahəsində ixtisasın yeri: Ortopedik stomatologiya şöbəsinin məzunları stomatoloji…
Ətraflı
Səhiyyə sahəsində ixtisasın yeri: Əczaçı (provizor köməkçisi) apteklərdə, tibbi alətlər, …
Ətraflı
2 Mart 2026
25
2 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktor vəzifələrini müvəqqəti icra edən Şahverdiyeva Səidə “Mülki müdafiə: təhlükəsiz gələcəyimizin təminatı” mövzusunda çıxış edərək açmışdır. O, fövqəladə hallara hazırlığın vacibliyindən...
26 Fevral 2026
23
26 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Qan Yaddaşımız, Unudulmaz Tariximiz” adlı anım tədbiri keçirilmişdir. Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan...
25 Noyabr 2025
151
25 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində “Gənclərin sağlam gələcəyi naminə: Narkomaniyaya qarşı birlikdə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin metodisti Aysel Əliyeva açaraq “Narkomaniya öldürür: Gəncləri xilas etməyin yolu maarifləndirmədən keçir” mövzusunda çıxış etmişdir. O, narkotik maddələrin yaratdığı təhlükələrdən, onların gənclərin...
14 Noyabr 2025
176
14 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində “Kibertəhlükəsizlik – 21-ci əsrin rəqəmsal gigiyenası” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq rəqəmsal təhlükəsizliyin müasir dövrdə əhəmiyyəti barədə danışmışdır. Daha sonra Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli mövzu üzrə...