26 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Qan Yaddaşımız, Unudulmaz Tariximiz” adlı anım tədbiri keçirilmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirin gedişində tələbələrin hazırladığı vətənpərvərlik ruhunda şeirlər səsləndirilmiş, Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Tədbirin gedişatında kollecin direktor vəzifələrini müvəqqəti icra edən Şahverdiyeva Səidə çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulamış, bu faciənin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etmişdir.
Tədbirin sonunda iştirakçılar kollecin foyesində Xocalı soyqırımına həsr olunmuş, tələbələrin rəsm və əl işlərindən ibarət sərgiyə baxmış, nümayiş olunan əsərlərlə yaxından tanış olmuşlar.
Tədbir Xocalı şəhidlərinin əziz xatirəsinin dərin ehtiramla anılması ilə başa çatmışdır.