7 aprel 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində "Ümumdünya Sağlamlıq Günü" münasibətilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, gələcək tibbi kadrların bu sahədəki bilik və bacarıqlarının artırılması olmuşdur.
Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etmiş, sağlamlığın qorunması, xəstəliklərin profilaktikası və düzgün qidalanmanın əhəmiyyəti,enerji içkiləri,tütün və alkoqollu içkilərin,zərərli vərdişlərin insan həyatına mənfi təsirləri ilə bağlı çıxışlar dinlənilmişdir.
Sonda kollecin rəhbərliyi iştirakçılara təşəkkür edərək, bu cür tədbirlərin gənclərin sağlamlıq mövzusuna olan marağını artırdığını və gələcək peşə fəaliyyətlərində mühüm rol oynayacağını qeyd etmişdir, tələbələrə maarifləndirici broşürlər paylanılmışır.