8 may 2025- cil tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbiri kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı yolundakı tarixi xidmətlərindən bəhs etmişdir.
Daha sonra tələbələrin Ulu Öndərin həyat və fəaliyyətinə dair çıxışları dinlənilmiş, Heydər Əliyevin ömür yolunu əks etdirən sənədli film nümayiş olunmuşdur.
Tədbir iştirakçıları dahi şəxsiyyətin dövlətə və millətə xidmət yolunu dərin ehtiramla yad edərək onun əziz xatirəsinə sonsuz sayğılarını ifadə etmişlər.