17 fevral 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 2024-2025-ci tədris ilinin II yarısı 3-cü kurs 47-48 mamalıq işi,7 laboratoriya diaqnostikası,13 ortopedik stomatologiya,138 -139-140 tibb bacısı(qardaşı) işi ixtisası tələbələri Tədris və Diplomönü istehsalat təcrübəsinə buraxılmışdır.Tələbələrimiz bazalarımız sayılan xəstəxanalara təhkim olunub,daha sonra yekun atestatsiyaya buraxılacaqlar.Təcrübəyə göndərilməzdən əvvəl tələbələrlə təcrübənin gedişi,nizam-intizam qaydaları haqqında söhbət aparılmışdır.Təcrübə ratasiya cədvəli üzrə keçirilir.Tələbələrimizə təcrübi vərdişlərə dərindən yiyələnmələrini arzulayırıq.