8 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və kollecin müəllimi Leyla Əliyevanın rəhbərliyi ilə tələbələr Heydər Əliyev Muzeyinə ekskursiya etdilər.
Ekskursiya zamanı tələbələr Ulu Öndərin zəngin həyat yolu, dövlətçilik siyasəti, xalqımız və ölkəmiz qarşısında misilsiz xidmətləri ilə yaxından tanış oldular. Muzeydə sərgilənən sənədlər, fotoşəkillər və eksponatlar gənclərdə dərin təəssürat yaratdı.
Bu ziyarət tələbələrə yalnız tariximizi öyrənmək deyil, eyni zamanda Vətənə və dövlətə bağlılıq hissini daha da gücləndirmək imkanı verdi.