7 aprel 2025-ci il tarixdə Tələbə Təhsil Krediti Fondunun nümayəndələri Naxçıvan Tibb Kollecinin tələbələri ilə görüş keçiriblər.Görüşün əsas məqsədi tələbələri təhsil kreditləri sistemi, müraciət qaydaları və kreditin şərtləri barədə məlumatlandırmaq olub.
Tədbirdə Fondun nümayəndələri təhsil kreditlərinin növləri — sosial və standart kreditlər, həmçinin onların geri ödəniş mexanizmləri haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bu mexanizm tələbələrin təhsil xərclərini daha asan şəkildə qarşılamaqla yanaşı, onların sosial rifahının yaxşılaşdırılmasına da xidmət edir.
Görüş zamanı tələbələrin sualları cavablandırılıb, müraciət zamanı qarşıya çıxa biləcək texniki və hüquqi məsələlər barədə izahatlar verilib.Tələbələr təklif və rəylərini də səsləndirərək bu cür maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıblar.