14 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecinin müəllim və tələbələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəqib Hüseynovun ailəsini ziyarət etdilər. Ziyarət zamanı şəhidimizin igidliyi və onun vətənpərvərliyindən bəhs olundu, ailəsinə kollektiv adından dərin ehtiram ifadə edildi.
Görüşdə şəhidin anası Rəna ana ilə səmimi söhbətlər aparıldı, şəhid övladının keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salındı. Ziyarət zamanı bildirildi ki, gənc nəsil şəhidlərimizin ruhuna daim borcludur və onların əziz xatirəsi hər zaman uca tutulacaq.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!