2 dekabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecində 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, QİÇS pandemiyası dünya səhiyyəsinin ən ciddi problemlərindən biridir.Bu virusun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.Həmçinin xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görülür, tibbi, maddi yardımlar göstərilir.Daha sonra kollecin həkimi Babayeva Vüsalə QİÇS virusunun yoluxma yolları, müalicə və profilaktikası haqqında məlumat vermişdir.