2 iyul 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində 2024–2025-ci tədris ilinin yaz imtahan sessiyası uğurla yekunlaşdı.
Sessiya müddətində bütün imtahanlar yalnız yazılı formada keçirildi və tam kamera nəzarəti sistemi altında təşkil olundu. İmtahanlar əvvəlcədən təsdiqlənmiş cədvəl əsasında aparıldı və tələbələrin bilik səviyyəsi obyektiv meyarlarla qiymətləndirildi.
İmtahan sessiyası ərzində ümumilikdə 135 apellyasiya müraciəti qeydə alınıb. Hər bir müraciət şəffaflıq və obyektivlik prinsiplərinə uyğun şəkildə araşdırılıb, nəticələr təkrar yoxlanılıb və cavablar tələbələrin elektron poçt ünvanlarına göndərilib.
Sessiyanın təşkili zamanı şəffaflıq, ədalətlilik və peşəkarlıq prinsiplərinə ciddi şəkildə əməl olunub. Bu da tələbələrin bilik və bacarıqlarının dürüst şəkildə dəyərləndirilməsinə zəmin yaradıb.
Yekun olaraq, yaz imtahan sessiyasının uğurla başa çatması tələbə və müəllim heyəti tərəfindən müsbət qarşılanıb.