Naxçıvan Tibb Kollecində diplomönü yekun attestasiya keçirilib
1 iyul 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində cari tədris ilinin buraxılış kursları üçün diplomönü yekun attestasiya keçirilib.
Attestasiya Tibb bacısı (qardaşı) işi, Mamalıq işi, Ortopedik stomatologiya və Laboratoriya diaqnostikası ixtisasları üzrə təşkil olunub və şifahi formada aparılıb. Qiymətləndirmə zamanı tələbələrin nəzəri bilikləri, peşə hazırlığı, situasiyalara yanaşma bacarığı və peşə etikası əsas meyarlar kimi götürülüb.
Attestasiya komissiyası tərəfindən şəffaf və obyektiv şəkildə aparılan qiymətləndirmə nəticəsində tələbələrin ixtisas üzrə müvafiq bacarıqlara yiyələndikləri müəyyən olunub.
Sonda məzunlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb.