Naxçıvan Tibb Kollecində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub
3 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq müəllimlik peşəsinin müqəddəsliyindən, gənc nəslin formalaşmasında müəllimlərin əvəzsiz rolundan danışıb və bütün müəllimləri bayram münasibətilə səmimi qəlbdən təbrik edib.
Daha sonra kollecin tələbələrinin hazırladığı şeir və musiqi nömrələri, slayd təqdimatı nümayiş olunub. Tədbir çərçivəsində sənədli film də izlənilib.
Sonda müəllimlərə kollecin rəhbərliyi tərəfindən xoş arzular çatdırılıb.