Naxçıvan Tibb Kollecində 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib
3 iyul 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda ictimai mühazirə keçirilib.
Mühazirədə çıxış edən Kollecin metodisti Aysel Əliyeva narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu mənfi təsirlərdən danışıb. O, sağlam həyat tərzinin formalaşdırılması, ailə dəyərlərinin qorunması və gənclərin düzgün istiqamətləndirilməsinin bu sahədə mühüm rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində tələbələrə mövzu ilə bağlı maarifləndirici broşürlər paylanılıb, gənclərlə müzakirələr aparılıb və onların sualları cavablandırılıb.