25 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində "Narkomaniya - Bəşəriyyətin ən qorxulu bəlası" mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Sona Məmmədova bildirmişdir ki, bu bəla ilə mübarizədə cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi olmalıdır. Yeniyetmə və gənclərin bu sahədə daha çox maariflənməsi gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.Daha sonra Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin həkim-psixoterapevti Həsənov Mustafa narkotik vasitələrin insan sağlamlığına mənfi təsirlərindən danışmışdır. O, çıxışında bildirmişdir ki, bu zərərli vərdiş insanda fiziki, psixi və sosial problemlər yaradır.Həmçinin narkotik vasitələr zamanla bütün orqanizmə qalıcı ziyanlar vurur.Daha sonra həkim M.Həsənov tələbələri maraqlandıran sualları cavablandırmışdır.