21 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində Şərq memarlığının görkəmli nümayəndəsi Memar Əcəminin 900 illik yubileyi münasibətilə dəyirmi masa və tələbələrin təqdimatla çıxışları təşkil olunmuşdur.
Tədbirdə Kollecin direktoru Sona Məmmədova iştirak etmiş, Memar Əcəminin memarlıq irsi və onun dünya memarlığına töhfələri barədə geniş məlumat verilmişdir. Tələbələr Memar Əcəminin yaradıcılığı, onun əsərlərinin memarlıq tarixində tutduğu yer və müasir dövrdə əhəmiyyəti ilə bağlı maraqlı təqdimatlar etmişlər.
Sonda tədbirdə fəallıq göstərən və təşəbbüskarlığı ilə seçilən tələbələr Kollecin direktoru Sona Məmmədova tərəfindən diplomlarla təltif olunmuşdur.