23-24 yanvar 2025-ci il tarixlərində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə "İmmunizasiya üzrə Tədris Proqramının Təkmilləşdirilməsi" adlı Təlimçilər üçün Təlim keçirilib.Təlimdə Naxçıvan Tibb Kollecinin həkim-müəllimləri Əliyeva Akifə, Səfərova Nigar iştirak edib.Təlimdə Ümumdünya Səhiyyə Təşkilatının “Vaksinasiyaya dəstək” layihəsinin rəhbərləri Həsənova Sevinc və Kövser Vatansevər də iştirak edib, təlimin vacibliyi haqqında fikirlər bildiriblər. Təlim kollecin Ümumdünya Səhiyyə Təşkilatının “Təlimçi” Sertifikatını almış metodisti Əliyeva Vəfa və müəllimlər Əhmədova İradə, Vahidova Dürdanə tərəfindən aparılıb.Təlim ölkədə immunizasiya proqramının beynəlxalq hədəflərinə nail olmaq, yenilənmiş tədris proqramının keyfiyyətli tədrisini təmin etmək, tələbələrə və müdavimlərə immunizasiya prosesi və vaksinlərlə bağlı yeni məlumatları çatdırmaq məqsədilə təşkil edilib. Təlimdə iştirakçilara Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müxtəlif maarifləndirici materiallar paylanılıb və sonda iştirakçılar Sertifikatla təmin olunub.