14 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirin əsas məqsədi müəllim və tələbə heyətini korrupsiyanın fəsadları, onunla mübarizə üsulları və şəffaflığın təmin olunmasının əhəmiyyəti barədə məlumatlandırmaq idi.
Çıxış edən direktor müavini Səidə Şahverdiyeva və “Mamalıq işi, ortopedik stomatologiya, laborator diaqnostika” şöbəsinin müdiri Samir Həsənov Milli Fəaliyyət Planının əsas istiqamətləri, dövlət qurumlarında şəffaflıq və hesabatlılığın artırılması, gənclərin bu sahədə rolu və ictimai nəzarətin vacibliyi barədə fikirlərini bölüşdülər.
Qeyd olundu ki, korrupsiyaya qarşı mübarizə yalnız hüquqi tədbirlərlə deyil, eyni zamanda maarifləndirmə işləri və vətəndaş cəmiyyətinin fəal iştirakı ilə daha səmərəli şəkildə aparıla bilər.