6 dekabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində tarixi əhəmiyyətli rol oynamış Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu,bu əlamətdar hadisənin İslam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirib.Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir.Bu tək bizim üçün deyil, bütün İslam aləmi üçün Şuşa şəhərinin böyük əhəmiyyətə malik olduğundan xəbər verir. Daha sonra kollecin tələbələri Qasımov Tuncay, Xəlilli Nəcibə, Əjdərov Polad, Zeynallı Lamiyə "Mədəniyyətimizin beşiyi Şuşanın yaranma tarixi" mövzusunda çıxış etmişdir