8 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Beynəlxalq Talesemiya Günü münasibətilə maarifləndirici tədbir təşkil olundu. Tədbirin əsas məqsədi cəmiyyətin diqqətini irsi qan xəstəliklərindən biri olan talesemiyaya yönəltmək, bu sahədə maarifləndirməni artırmaq və tələbələrə bu xəstəlik barədə geniş məlumat vermək idi.
Tədbiri giriş sözü ilə kollecin metodisti Aysel Əliyeva açaraq, talesemiyanın yaranma səbəbləri, əlamətləri və yayılma statistikası haqqında ümumi məlumat verdi. Daha sonra müəllim Arzu Baxşəliyeva “Talesemiya xəstəliyinin genetikası” mövzusunda geniş təqdimatla çıxış edərək, bu xəstəliyin irsi keçmə yolları, genetik daşıyıcılıq və ailə planlamasında nəzərə alınmalı amillərdən danışdı. Tədbirin növbəti məruzəçisi – kollecin həkim-müəllimi Nəzrin Rzayeva isə “Talesemiya xəstəliyinin müalicəsi” mövzusunda çıxış edərək, bu sahədə tətbiq olunan müalicə üsullarını və yeni tibbi yanaşmaları iştirakçıların diqqətinə çatdırdı.