17 dekabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili " və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində "Ekoloji problemlərin həllində gender yanaşması" mövzusunda tədbir keçirmişdir.Tədbiri giriş sözü ilə kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Şahverdiyeva açmışdır.Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə,Qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva "Ekoloji problemlərin həllində gender yanaşması" mövzusunda çıxış etmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.