27 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində 28 May – Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə kollecin metodisti Aysel Əliyeva açaraq, Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyətindən bəhs edib. Daha sonra kollecin kitabxana müdiri Leyla Əliyeva müstəqillik mövzusunda çıxış edərək, bu əlamətdar günün xalqımızın yaddaşındakı yerini vurğulayıb.
Tədbirin sonunda Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.