21 fevral 2025-cil il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində ’’21 fevral-Beynəlxalq Ana Dili Günü’’nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq,bu günün önəm və mahiyyəti haqqında tələbələrə məlumat vermişdir. Beynəlxalq Ana Dili Günü hər il 21 fevralda qeyd olunur. Bu günün məqsədi dil müxtəlifliyini, çoxdilliliyi və mədəni irsi qoruyub saxlamaqdır. 1999-cu ildə UNESCO tərəfindən təsis edilib və 2000-ci ildən etibarən dünya üzrə qeyd olunur.Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə bu gün ana dilinin inkişafına və qorunmasına diqqət çəkmək üçün müxtəlif tədbirlər təşkil edilir. Azərbaycan dili xalqımızın milli kimliyinin vacib bir hissəsidir və onun qorunması və inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.Daha sonra tədbirdə kollecin tələbələrinin hazırladığı çıxışlar və slayd nümayiş olunmuşdur.