17 yanvar 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar " Qanlı yanvarın izləri" adlı tədbir keçirilmişdir. Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar 1990-cı il Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı. Həmin gün azadlıq və müstəqillik uğrunda mübarizə aparan xalqımıza qarşı sovet ordusu tərəfindən misli görünməmiş bir cinayət törədildi. Günahsız insanların qətli, qadınların, uşaqların və yaşlıların öldürülməsi xalqımızın iradəsini qıra bilmədi, əksinə, azadlıq uğrunda mübarizəni daha da gücləndirdi.
Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edir, onların müqəddəs xatirəsini qəlbimizdə yaşadırıq. 20 Yanvar xalqımızın müstəqillik yolunda ən böyük dönüş nöqtələrindən biri oldu və bu gün hər bir azərbaycanlının qürur günüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!