Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecində 2024-2025-ci tədris ilinin payız imtahan sessiyası başlamışdır. Kollecimizdə jurnallar elektron, tədris sistemi elektron təşkil olunduğu üçün tələbələrimiz imtahandan öncə şəxsi kabinetlərindən giriş ballarını görə bilirlər. İmtahanlarımız kameralı zalda təşkil olunur, tutorların və nəzarətçilərin köməyi ilə keçirilən imtahan nəticələri fənn müəllimləri tərəfindən kameralı zalda qiymətləndirildikdən sonra imtahan nəticələri sistemə yerləşdirilir və gün ərzində tələbələrimiz imtahanların nəticələriylə tanış olurlar. Tələbələrimizə imtahan sessiyasında uğurlar arzulayırıq!