20 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində “18-noyabr Ümumdünya Antimikrob Müqavimətinə Qarşı Mübarizə Həftəsi” çərçivəsində tədbir keçirilmişdir. Bu həftə, antibiotiklər və digər antimikrob maddələrə müqavimətin artmasının qarşısını almaq və onların düzgün istifadəsini təşviq etmək məqsədilə keçirilir.Tədbirdə Kollecin direktoru Sona Məmmədova,kollecin şöbə müdiri Zeynəb Əhmədova və həkim Pərvin Əhmədova çıxışlar etmişdirlər.