2 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə kollecin direktor vəzifələrini müvəqqəti icra edən Şahverdiyeva Səidə “Mülki müdafiə: təhlükəsiz gələcəyimizin təminatı” mövzusunda çıxış edərək açmışdır. O, fövqəladə hallara hazırlığın vacibliyindən və maarifləndirmənin əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra kollecin müəllimi Şakir Ağalarov “Fövqəladə hallar zamanı davranış qaydaları və yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici çıxış etmişdir. O, xüsusilə yanğın zamanı təhlükəsizlik tədbirləri, ilkin müdaxilə üsulları və yanğınsöndürmə balonundan düzgün istifadə qaydaları barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Kollecin Mülki Müdafiə Qərargahının üzvləri və tələbələr iştirak etmişdir.