28 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş esse müsabiqəsinin qalibləri elan olundu.
Müsabiqə tələbələr arasında Zərifə xanımın zəngin həyat yolu, elmi fəaliyyətləri və insanlığa verdiyi töhfələri daha dərindən tanıtmaq məqsədi daşıyırdı. Yaradıcılıq ruhu ilə yazılmış esselər yüksək dəyərləndirildi.
Ən yaxşı esse müəllifləri kollec rəhbərliyi tərəfindən diplom və sertifikatlarla təltif olundu.