Fevral
4
Ümümdünya Xərçənglə Mübarizə Günü
Ümumdünya Xərçənglə Mübarizə Günü — 4 fevralda xərçəng haqqında məlumatlılığın artırılması və onun profilaktikası,aşkar edilməsi və müalicəsinin təbliği məqsədilə qeyd olunan beynəlxalq gün. Ümumdünya Xərçənglə Mübarizə Günü 2008-ci ildə yazılmış Ümumdünya Xərçəng Bəyannaməsinin məqsədlərini dəstəkləmək üçün Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (UICC) tərəfindən keçirilir. Ümumdünya Xərçənglə Mübarizə Gününün əsas məqsədi xərçəngin yaratdığı xəstəlikləri və ölümləri əhəmiyyətli dərəcədə azaltmaq və xəstəliyə diqqəti çəkmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirməkdir.Bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunur.Ümumdünya Xərçənglə Mübarizə Günü dezinformasiyanı hədəf alır,maarifləndirməni artırır və stiqmanı azaldır. Ümumdünya Xərçənglə Mübarizə Günündə xərçəngdən əziyyət çəkənlərə dəstək olmaq üçün bir çox təşəbbüslər həyata keçirilir. Bu təşəbbüslərdən biri, iştirakçıların fiziki və ya virtual olaraq başlarını qırxdıraraq xərçəng xəstəliyindən müalicə alanlara şücaət simvolu göstərdiyi #NoHairSelfie qlobal həştəq aktivizmidir. İştirakçıların görüntüləri daha sonra bütün sosial şəbəkələrdə paylaşılır.Dünyada bu gün həmçinin yüzlərlə tədbir keçirilir.