Avqust
8
8 Avqust - Beynəlxalq Oftalmoloqlar Günü
8 avqust - Beynəlxalq Oftalmoloqlar Günüdür
2004-cü ildən başlayaraq 8 avqust tarixi Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu günün seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.