May
6
6 May – Ümumdünya Astma Günü
Günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupu yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş ilk görüşündə isə Beynəlxalq Astma Gününün təsis edilməsi 35 ölkə tərəfindən dəstəklənib.Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Yer kürəsində bu xəstəlikdən təxminən 235 milyon insan əziyyət çəkir. Bu xəstəlik uşaqlar arasında nəfəs yollarının xroniki xəstəlikləri arasında ən geniş yayılmışıdır.