May
5
5 May “Dünya Əl Gigiyena Günü”
2008-ci ildən etibarən BMT-nin Baş Assambleyasının Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən hər il mayın 5-də “Dünya Əl Gigiyena Günü” (“Global Handwashing Day”) qeyd edilir. Həmin gün əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığının səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Əllərin təmiz saxlanması xəstəlik törədən mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün istifadə edilən ən sadə və effektiv addımdır. Virus və bakteriyaların törətdikləri bir çox xəstəliklər: respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, COVID-19 xəstəliyi məhz çirkli əllər vasitəsilə keçir. Mütəxəssislərin fikrincə, əllərdə və daha çox çirkli nəm əllərdə bir neçə milyondan yüzlərlə milyona qədər mikroorqanizm aşkarlanır.