May

31

31 may - Ümumdünya Tütünsüz Günü

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbüssü ilə 1988-ci ildən keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir və bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.
Siqaret çəkən insanlar öz sağlamlıqları ilə yanaşı eyni zamanda ətraf mühitə də ziyan vururlar. Siqaret kötükləri bəlkə də şəhər küçələrində ən geniş yayılan plastik tullantıdır.
Statistikaya görə, dünyada il ərzində 5,6 trilyon siqaret çəkilir. Siqaret kötüklərinin üçdə ikisi - təxminən 4,5 trilyonu zibil qutularından kənara atılır. Onların tərkibində olan plastik kütlənin çürüməsinə isə illər, hətta onilliklər tələb olunduğundan insanların bu vərdişi ətraf mühitə vurulan ziyanı artırmaqdadır.