May
20
20 may - Ümumdünya Travmatoloq Günü
Dünyada insanların travma xəsarətləri alması çox geniş yayılıb. Travmalardan qorunmaq üçün sağlamlığın qeydinə qalmaq, evdə, işdə, istehsalatda çalışarkən, nəqliyyat vasitələrini idarə edərkən və idmanla məşğul olan zaman təhlükəsizlik qaydalarına diqqət etmək vacibdir.Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr insanların sağlamlığına və həyatına ciddi təhlükə törədir. Bu gün aparılan maarifləndirmə kampaniyalarında bir daha vurğulanır ki, travmatizmin profilaktikası tədbirləri hər gün yüzlərlə həyat xilas edə bilər.