May

19

19 May – Ümumdünya Ailə Həkimi Günü

Bu gün birincil səhiyyə xidmətlərinin əsas daşıyıcıları olan, fərdi və ictimai sağlamlığın qorunmasında mühüm rol oynayan ailə həkimlərinin peşə bayramıdır. Ailə həkimləri vətəndaşların sağlamlığının keşiyində dayanaraq, profilaktik tədbirlərin həyata keçirilməsi, erkən diaqnostika və müalicənin təşkili, həmçinin sağlam həyat tərzinin təbliği istiqamətində fədakarcasına fəaliyyət göstərirlər.