Fevral

15

15 Fevral - Beynəlxalq uşaq xərçəng xəstəlikləri ilə mübarizə günüdür.

Hər il fevral ayının 15-i dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Həmin gün ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib.Bu gün bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara və onların ailələrinə kömək edilir və əhali maarifləndirilir. 
 Bu gün həm də xərçəngdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmaq üçün şüarlar səslənilir. Bundan başqa, bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların xatirəsi anılır,  xərçəngə qalib gəlmiş uşaqların fədakarlığı qeyd edilir.