site title image

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kolleci

Haqqında

Naxçıvan Tibb Kollecinin qısa tarixi: Naxçıvan Tibb Kolleci 1931-ci il sentyabr ayının 5-də Naxçıvan Tibb Texnikumu adı altında feldşer ixtisası ilə fəaliyyətə başlayıb. 1933/1934-cü tədris ilində 3 yeni ixtisas - mamalıq, tibb bacısı, farmaseft açılmışdır. 1935-ci ildə Naxçıvan Tibb Texnikumunun adı dəyişdirilərək Naxçıvan Tibb Bacısı Məktəbi adlandırılmışdır. 1947-ci ildə Feldşer Məktəbi, 1954-cü ildə Feldşer - Mamalıq məktəbi, sonra Naxçıvan Tibb Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli Sərəncamı ilə Naxçıvan Tibb Məktəbi Naxçıvan Tibb Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Baş Nazirinin 31 iyul 2023-cü il tarixli № 250 Qərarına əsasən Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmişdir.

İmtahan İkonu

Kollecə tələbə qəbulu

Kollecə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Kollecə tələbə qəbulu planı orta ixtisas təhsili müəssisəsinin sifarişi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Kitab İkonu

Təhsil proqramları

Kollecin təhsil proqramları orta ixtisas təhsilidir. Orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər dövlət təhsil standartı ilə müəyyənləşdirilir. Kollecdə təhsilinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramları, tədris olunan fənləri, həftəlik dərs yükü, pedaqoji prosesin təşkili, tədris planları, fənn proqramları təsdiq olumuş tədris-metodiki sənədlər əsasında həyata keçirilir.

Diplom İkonu

Orta ixtisas təhsili

Kollec orta ixtisas proqramları əsasında təhsil xidməti göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Orta ixtisas təhsili pilləsini yüksək qiymətlərlə başa vuran məzunlar (subbakalavrlar) ali təhsilin bakalavr səviyyəsində uyğun ixtisaslar üzrə təhsillərini davam etdirə bilər.

Məzun İkonu

Tələbələr və məzunlar

Kollecin tələbələri və məzunlar haqqında müvafiq məlumatlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin AOİTAS-a (Ali və orta ixtisas təhsili alt sistemi) və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin TMDEMS-ə (“Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemi) işlənir.

Icon 5

Tədris dili və kredit sistemi

Kollecdə tədris dili dövlət dili - Azərbaycan dilidir. Təhsilalma forması əyanidir. Təhsil müddəti tam orta təhsil bazasından qəbul olunanlar üçün 2,6-3 ildir. Kollecin tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunub. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Icon 5

Təhsilalanların köçürülməsi

Təhsilalanların bir təhsil proqramından və ya orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.